Bakıda avtomobil elektrik dirəyinə çırpılıb - FOTO
14:05
21.04.2020
Baxılıb: 15795
Bakıda avtomobil elektrik dirəyinə çırpılıb - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Mercedes" markalı avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya aparılıb, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər