İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə Qara dənizlə Fars körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu İran XİN başçısı özünün “Twitter”hesabındakı paylaşımında bildirib.
“Çoxillik ikitərəfli bağların və regional əməkdaşlığın genişləndirilməsinə dair, xüsusilə də Qara dənizi Fars Körfəzi ilə əlaqələndirən tranzit dəhlizinə dair əla müzakirələr aparıldı”, – deyə iranlı nazir qeyd edib.