İlon Mask yenidən ABŞ-ın ən varlı adamı seçildi
02:28
04.10.2023
Baxılıb: 17493
İlon Mask yenidən ABŞ-ın ən varlı adamı seçildi

"Forbes" jurnalı ABŞ-ın 400 ən varlı vətəndaşının yeni siyahısını açıqlayıb və bu siyahıya 251 milyard dollar dəyərində sərvətlə "SpaceX” və “Tesla” nın sahibi İlon Mask başçılıq edir.

Sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (158 milyard dollar) gəlir.

“Microsoft”un rəhbəri Bill Geyts 111 milyard dollar sərvətlə 6-cı, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq isə 106 milyard dollarlıq sərvətlə 8-ci sırada qərarlaşıb

Digər xəbərlər