Ötən gün DTX tərəfindən həbs edilən erməni separatçılarının keçmiş “rəhbəri” Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkil müəyyən edilib. Belə ki, onun hüquqlarını vəkil Alov Səfərəliyev müdafiə edəcəkdir. O artıq Arutyunyanın dindirilməsində iştirak edib.
Vəkil münasibət bildirərək qeyd etmişdir ki, Arutyunyanın dedikləri bir çox məsələlərin açılmasına kömək edəcəkdir.
O əlavə edib ki: “Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.