Rusiyanın regionda mövcudiyyətini heç kimin inkar edə bilməz-Hikmət Hacıyev
17:58
05.10.2023
Baxılıb: 8587
Rusiyanın regionda mövcudiyyətini heç kimin inkar edə bilməz-Hikmət Hacıyev

Bugün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera”ya müsahibə verib.

 

Müsahibədə Hikmət Hacıyev deyib ki: “Azərbaycana da, regiona da sülh lazımdır. Bu səbəbdən, Azərbaycanın erməniəsilli sakinlərə mesajı ilk növbədə, sülh və sülh yolu ilə reinteqrasiyadan ibarətdir. İkincisi, hesab edirəm ki, Ermənistana da sülh lazımdır. Ermənistan, nəhayət, bütün bu ərazi iddialarına son qoymalıdır. Müəyyən şəraitdə bizim sülh şansımız daha çox olacaq”

 

O, əlavə edib ki, beynəlxalq tərəfdaşlarımız geriyə baxmaq əvəzinə, gələcəyə baxmalıdırlar. Bəzən görürəm ki, bəzi avropalı tərəfdaşlarımız gərəksiz və əsassız təbliğatın təsirinə düşürlər. Onlar belə olmamalıdırlar. Bu istiqamətdə hərəkət etməməli, sülh gündəminə töhfə verməlidirlər.

Digər xəbərlər