DİN-in hərbi qulluqçusu minaya düşüb
18:47
05.10.2023
Baxılıb: 18167
DİN-in hərbi qulluqçusu minaya düşüb

Oktyabrın 5-də işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu xidmət vaxtı piyada əleyhinə minaya düşüb.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

 

Digər xəbərlər