Yan Tszyançu: Çin və Azərbaycan “Yaşıl Kəmər və Yol” təşəbbüsünün reallaşdırılmasında ciddi tərəqqi əldə edilm
CƏMİYYƏT
20:15
29.08.2024
Baxılıb: 2095
Yan Tszyançu: Çin və Azərbaycan “Yaşıl Kəmər və Yol” təşəbbüsünün reallaşdırılmasında ciddi tərəqqi əldə edilm

Ölkəmizdə səfərdə olan Çinin Analitik Mərkəzlər Alyansının baş katibi, qarşıdan gələn COP29 iqlim konfransında Çin nümayəndə heyətinin regional koordinatoru Yan Tszyançu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan və Çinin COP29 çərçivəsində əməkdaşlığından, iki dövləti arasından münasibətlərdən danışıb.

 

Müsahibənin mətnini təqdim edirik.

 

- Cənab Tszyançu, iqlim dəyişiklikləri müasir dünyada milyardlarla insana təsir edən real təhlükəyə çevrilib. Beynəlxalq səviyyədə getdikcə artan geosiyasi gərginlik, qeyri-müəyyənlik dövlətləri əsrin ən böyük transmilli problemi olan iqlim dəyişiklikləri ilə mübarizəyə sövq etməlidir. Dünyanın nəhəng dövləti olan Çin bu istiqamətdə hansı konkret tədbirləri görür? Azərbaycanın Cənubi Qafqazın lideri və MDB məkanında ən güclü dövlətlərdən biri olduğunu nəzərə alaraq, Pekinlə Bakı arasında bu sahədə birgə layihələrin perspektivləri varmı?

 

 

 

- Azərbaycana bu səfərimizin məqsədi Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutuna baş çəkmək, COP29-da iştirak etmək üçün Çin nümayəndə heyətinin səfərinə ilkin hazırlıq, habelə “Pek Karbon Neytrallığı” və “Yaşıl Kəmər və Yol” mövzusunda elmi seminar keçirməkdir. Müasir dünyada iqlim dəyişikliyi milyardlarla insanın həyatına təsir edir. Artan geosiyasi gərginlik və qeyri-müəyyənlik iqlim dəyişikliyi məsələlərini həll edilməsində beynəlxalq əməkdaşlığa da müəyyən təsir göstərir. İqlim dəyişikliyini kollektiv şəkildə həll etmək üçün qlobal əməkdaşlıq bu əsrin ən böyük problemi və çağırışıdır.

 

Çin hökuməti ətraf mühitin qorunmasına böyük əhəmiyyət verir və iqlim dəyişikliyinə fəal reaksiya göstərir. Hələ 2005-ci ildə Çjetszyan əyalətində səfərdə olan Çinin lideri Si Cinpin “təmiz su və təmiz dağ havası əvəzsiz sərvətdir” və “ekoloji siyasət həm sivilizasiyanın yüksəlməsinə, həm də onun tənəzzülünə səbəb olur” kimi elmi fikirlər irəli sürüb. 2015-ci il noyabrın 30-da Si Cinpin Parisdə İqlim Konfransının açılış mərasimində vurğulamışdı ki, Paris razılaşması son nəticə deyil, yeni başlanğıc nöqtəsidir. Bütün tərəflər səmimiyyət nümayiş etdirməli, etimad yaratmalı və iqlim dəyişikliyinə ədalətli və effektiv qlobal reaksiyanı təşviq etmək, dünyada davamlı inkişafın daha yüksək səviyyəsinə nail olmaq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan beynəlxalq əlaqələr qurmaq üçün birlikdə çalışmalıdırlar. 2017-ci il yanvarın 18-də Si Cinpin Cenevrədəki Millətlər Sarayında “Bəşəriyyət üçün ortaq gələcəyə malik icmanın birgə qurulması” mövzusunda çıxış edərək vurğulayıb ki, “biz insan və təbiət arasında harmoniya anlayışlarına əməl etməliyik və dayanıqlı inkişafı təmin edən bu yolla getməliyik”. 2021-ci il oktyabrın 12-də Si Cinpin COP15 konfransında ekoloji sivilizasiyanın bəşər sivilizasiyasının inkişafının tarixi tendensiyası olduğunu vurğulayıb. O deyib: “Gəlin əl-ələ verək, ekoloji sivilizasiya konsepsiyasını dəstəkləyək, gələcək nəsillər üçün məsuliyyət daşıyaq və birlikdə Yer kürəsində həyat icması, təmiz və gözəl dünya quraq!”.

 

Çin Kommunist Partiyasının 20-ci çağırış Mərkəzi Komitəsinin (ÇKP MK) yenicə yekunlaşan 3-cü Plenumu vurğuladı ki, Çin tipli modernləşmə insan və təbiətin harmonik şəkildə birgə mövcud olduğu bir prosesdir. Biz ekoloji sivilizasiyanın institusional sistemini təkmilləşdirməli, karbon qazı emissiyalarının, çirklənmənin azaldılması, yaşıl iqtisadiyyatın və iqtisadi inkişafın genişləndirilməsi üçün səyləri əlaqələndirməli, iqlim dəyişikliyinə fəal reaksiya verməli, saf su və təmiz dağ havası sisteminin və mexanizminin təkmilləşdirilməsini və qiymətli sərvətlərin tətbiqini sürətləndirməliyik. ÇKP Mərkəzi Komitəsi və Dövlət Şurası da bu yaxınlarda “İqtisadi və sosial inkişafın hərtərəfli yaşıl transformasiyasının sürətləndirilməsinə dair tövsiyələr”i dərc edərək, yaşıl və aşağı karbonlu iqtisadi və sosial inkişafın təşviq edilməsinin mühüm məqsəd olduğunu vurğulayıb.

 

Bu dəfə iqlim konfransı Bakıda keçiriləcək. Azərbaycanın çinlilər üçün vizasız gediş-gəliş siyasəti tətbiq etməsi səbəbindən konfransa Çindən daha çox nümayəndə qatılacaq. Biz COP29 zamanı qlobal ekoloji sivilizasiyanın birgə formalaşması üçün vizyonu təqdim edəcəyik, sağlam ekologiyaya malik gözəl planetin qurulması üzrə beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini müdafiə edəcəyik. Həmçinin bəşəriyyətin davamlı inkişafı, qlobal ətraf mühitin idarə edilməsi məqsədilə Şərq müdrikliyi ilə zəngin Çin həllərini təklif edəcəyik. Çin və Azərbaycan bu fürsətdən istifadə edərək təmiz enerji, yaşıl nəqliyyat, çirklənmənin və karbon emissiyalarının azaldılması sahələrində əhəmiyyətli irəliləyiş əldə etmək istiqamətində birlikdə çalışacaq və bu, “Yaşıl Kəmər və Yol” təşəbbüsünün qurulmasında əməkdaşlığa daha geniş imkanlar yaradacaq.

 

– Azərbaycan COP29-un sədri kimi konfrans zamanı dünyada atəşkəs təşəbbüsü ilə çıxış edəcəyini bəyan etdi. Çin bu təşəbbüsü dəstəkləyəcəkmi?

 

– Mən ölkənin adından danışa bilmərəm, amma şəxsən sülh təşəbbüsünü dəstəkləyirəm. Dubayda keçirilən COP28 zamanı təklif etdim: “Yaşıl olun, döyüşməyin; yoxsulluğa deyil, inkişafa can atmaq, qarşıdurmaya deyil, əməkdaşlığa səy göstərmək lazımdır. Hədə-qorxu deyil, ədalət üçün çalışın!”

 

– Azərbaycan, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə xüsusi fondun yaradılmasını və bu sahədə tədbirlər üçün maliyyənin artırılmasını təklif edib. Əvvəllər bu məqsədlər üçün ildə 100 milyard dollar ayrılması ilə bağlı razılaşma olub, lakin həmin məbləğin yetərli olmadığı qəbul edilib. Sizcə, emissiyaların azaldılması tədbirləri üçün illik maliyyələşdirmənin optimal məbləği nə qədər olmalıdır?

 

 

 

– Biz inkişaf etməkdə olan ölkələri iqlim dəyişikliyi ilə mübarizədə dəstəkləmək üçün Azərbaycanın xüsusi fond yaratmaq təklifi ilə tam razıyıq. Hərçənd, ildə 100 milyard dollar o qədər də kifayət rəqəm olmasa da, biz ilkin fond kimi başlaya və sonra məsuliyyətli inkişaf etmiş ölkələri və sosial cavabdehlik daşıyan şirkətləri fonda ianə verməyə və onu inkişaf etdirməyə təşviq edə bilərik. Eyni zamanda, vəsaitlər düzgün idarə olunmalı və istifadə edilməlidir. Fondun vəsaiti bir neçə istiqamətdə istifadə oluna bilər: birincisi, enerjiyə qənaət, çirklənmənin və karbon emissiyalarının azaldılması sahəsində yüksək texnologiyaların tədqiqatını, işlənməsini və tətbiqini təşviq etmək; ikincisi, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin səylərini və bu sahəyə QHT-lərin töhfəsini artırmaq.

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, Konfutsi İnstitutu COP29-a hazırlıq işlərində, Çinin iqlim dəyişikliyi ilə bağlı siyasəti və qlobal miqyasda yeni texnologiyaların inkişaf etdirilməsində, milli yaşıl, aşağı karbonlu dairəvi iqtisadi sistem yaradılması və Çin infrastrukturunun ekoloji cəhətdən modernləşdirilməsində, yaşıl texnologiyalar sahəsində bazar yönümlü innovasiya sistemin qurulmasında fəaliyyətləri ilə bağlı elmi tələbə seminarlarının təşkilində fəal iştirak edir. Konfutsi İnstitutunda, həmçinin Çin ekoloqlarının qlobal iqlim idarəçiliyi və ekoloji sivilizasiyanın rasional sisteminin qurulması üzrə ekoloji layihələrə həsr olunmuş “Karbon zirvəsi və karbon neytrallığı: Çinin fəaliyyəti” və “Qədim kəndlərin gözəlliyi” kitablarının təqdimatı keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51