Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir
SİYASƏT
21:16
09.10.2024
Baxılıb: 360
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir

Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən oktyabrın 9-da Varşavada, ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış edib.

Bu barədə "Report"a Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.

Öz şəxsi qaçqınlıq hekayəsi, Ermənistandan azərbaycanlıların qovulması, onların qayıdışına imkan verilməməsi barədə məlumat verən R.Həsən bəzi dairələrin Azərbaycandan könüllü köçmüş ermənilərin məsələsini süni şəkildə gündəliyə gətirdiyi halda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı hüququna münasibətdə ayrı-seçkilik nümayiş etdirdiklərini bildirib. O, ədalət və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdışı hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb.

R.Həsən konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib.

Qeyd edək ki, ATƏT-in illik əsasda keçirdiyi İnsan Ölçüsü Konfransı ATƏT məkanında insan hüquqları və fundamental azadlıqlar məsələsinə həsr edilir. Qərbi Azərbaycan İcması müntəzəm olaraq bu konfranslara qatılaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırır. İcmanın builki konfrans çərçivəsində keçirdiyi yan tədbir və plenar sessiyada iştirakı Qərbi azərbaycanlıların qayıdış hüququ üzrə beynəlxalq məlumatlılığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir
00:00
TÜBİTAK sənayedə yaşıl transformasiya üçün 74 layihəyə dəstək verəcək
00:00
Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb
22:48
Almaniya kansleri Türkiyədə Ərdoğanla görüşəcək
22:46
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
22:45
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
22:44
Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
22:43