TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
21:19
09.10.2024
Baxılıb: 644
TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə Təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.

Siyasi məsləhətləşmələrin Naxçıvan sazişi ilə təsis olunan TDT-nin yaradılmasının 15 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunub. Bu münasibətlə nazir müavini Elnur Məmmədov tarixi Naxçıvan sazişinin 15 illiyinə həsr olunmuş xüsusi xatirə hədiyyəsini Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyevə təqdim edib.

Ötən 15 il ərzində Təşkilat çərçivəsində Türk dünyasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafının, əlaqələrin gücləndirilməsinin məmnunluq doğurduğu, bundan sonra da mövcud imkanlardan istifadə etməklə bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Türk dünyasını birləşdirən Təşkilatın daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyi, cari ildə Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşünün və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

E.Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin yenidənqurma və sülh səylərinin hazırkı durumu barədə ətraflı məlumat verib.

Çoxtərəfli siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin nümayəndə heyətlərinin rəhbərləri Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

 
 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Nazir: Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib
19:26
Türkiyə Prezidenti: BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər
19:23
Türkiyə antiterror əməliyyatı keçirib, 59 terrorçu öldürülüb, onların 47 mövqeyi dağıdılıb
19:20
Şöbə müdiri: "Azərbaycanın BRICS-də iştirakı iqtisadi əməkdaşlıq perspektivləri vəd edir"
19:16
Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq
19:14
BƏƏ BRICS-in digər ölkələrlə əməkdaşlığının genişləndirilməsində maraqlıdır
19:13
Azərbaycan daşıyıcılarının 3-cü ölkələrdən əldə etdiyi gəlir açıqlanıb
19:12
Azərbaycanın beynəlxalq daşımalardakı yük maşınlarının sayı açıqlanıb
19:11
Pezeşkian: BMT TŞ effektivliyini itirib, BRICS isə öz nüfuzunu artırıb
19:09
Azərbaycanda xarici investisiya hüquqi şəxslərin müraciətlərinin qəbulu asanlaşacaq
19:08
Putin: “BRICS+” iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri nəzərdən keçirəcəklər
19:07
Fərid Şəfiyev: Bəzi qlobal və regional aktorlar Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışırlar
18:32
"Azərkosmos" və İtaliyanın “Leaf Space” şirkəti əməkdaşlığı genişləndirir
18:31
Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb
18:28
Fransa XİN: BRICS sammiti göstərdi ki, Qərb artıq dünyada monopoliyaya malik deyil
18:23
Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri aparılacaq
18:22
“ADY Ekspress” yenidən təşkil olunur
18:20
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər
18:18
Azərbaycan Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq vəziyyətini müzakirə edib
18:17
Ermənistanda fövqəladə hallarda yeni seçkilərin keçirilməsinə icazə verilə bilər
18:15