WP: Qanunsuz “Starlink” terminalları rusiyalılara cəbhədə irəliləməyə kömək edir
HƏRBİ XƏBƏRLƏR
08:42
14.10.2024
Baxılıb: 309
WP: Qanunsuz “Starlink” terminalları rusiyalılara cəbhədə irəliləməyə kömək edir

“SpaceX” şirkətinin qanunsuz “Starlink” terminalları Rusiyanın Ukraynada döyüş meydanında irəliləməsinə, xüsusilə də Donetsk vilayətindəki Vuhledar şəhərini ələ keçirməsinə kömək edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adıçəkilməyən Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, əvvəllər Ukrayna ordusu sayca üstün və daha yaxşı silahlanmış Rusiya ordusuna qarşı əsas üstünlüyə – “Starlink” terminalları vasitəsilə internetə çıxışa malik olsa da, indi ondan Rusiya hərbçiləri də istifadə edir.

Qanunsuz “Starlink” terminalları Rusiya qoşunlarına hücumlar zamanı koordinasiyanı yaxşılaşdırmaq üçün peyk internetindən istifadə etməyə, daha çox pilotsuz uçuş aparmağa və artilleriyadan daha dəqiq istifadə etməyə imkan verir. Cihazlar komandirlərə dronlar vasitəsilə döyüş meydanını real vaxt rejimində görməyə və hərbçilər arasında təhlükəsiz rabitə təmin etməyə imkan verir, halbuki terminallar Moskvaya Amerika elektronikasının tədarükünə qoyulan qadağaya daxildir.

Lakin Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya tərəfinə “Starlink” terminallarının tədarükü üçün qara bazar mövcuddur və onların yayılması Rusiyanın son hücumları zamanı qələbələrinin mühüm amili olub.

Donetsk vilayətindəki müxtəlif bölmələrdən olan altı Ukrayna əsgəri və zabiti WP-yə təsdiq edib ki, Rusiya texnoloji boşluğu aradan qaldıraraq öz qüvvələrini daha möhkəmləndirib və hücumların sayını və dəqiqliyini artırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib
19:21
ADY: Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
19:21
Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19:15
Putin: BRICS-ə liderlik növbəti il Braziliyaya keçəcək
19:11
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 29 %-ə yaxın artıb
19:06
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
19:04
Bu il doğulan oğlan uşaqlarına ən çox
19:00
AYNA: Bir neçə müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
18:54
Böyük Britaniya XİN: Bakıda COP29-da görüşənədək
18:51
Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək
18:50
BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
18:45
Azərbaycan Prezidenti Kazanda “Sberbank”ın İdarə Heyətinin sədri ilə görüşüb
18:44
BRICS ölkələri Kazan bəyannaməsini qəbul ediblər
18:40
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub
18:37
Dövlət Xidməti: İstehlak və mikro kreditlər fərqləndirilməlidir
18:36
Azərbaycan Prezidenti Tatarıstanın “Dostluq” ordeni ilə təltif edilib
18:35
İlham Əliyev Tatarıstan-Azərbaycan münasibətləri haqqında danışıb
18:33
İlham Əliyev Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşüb
18:30
Gələn il Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək
18:28
Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsi anılıb
18:26