Təhsil nazirliyinın verdiyi məlumata görə Türkiyə Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.
Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini və tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta, yol xərci xərclərini əhatə edir. Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır. Təhsil səviyyəsinə uyğun aylıq təqaüd bakalavriat səviyyəsi üzrə 800 TL, magistratura səviyyəsi üzrə 1100 TL, doktorantura səviyyəsi üzrə isə 1600 TL-dir.
Qeyd edək ki, Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2021-ci ildir.