Mixeil Saakaşviliyə görə ürəyim ağrıyır - Corc Buş
REGİONAL MƏTBUAT
11:11
04.09.2023
Baxılıb: 6169
Mixeil Saakaşviliyə görə ürəyim ağrıyır - Corc Buş

ABŞ-ın keçmiş prezidenti George Buş, Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq konfrasa öz məktubunu yollayıb. Məktubda, deyilir ki, hazırda dünyanın diqqəti Ukraynanın üzərindədir. Rusiyanın bu müharibədə məğlubiyyəti Gürcüstanın azadlığı və demokratiyası üçün də, önəmli hadisə olacaq. Buş həmçinin məktubda, hazırkı hakim partiya olan Gürcü Arzusunu Ukraynaya tam dəstək göstərməməkdə ittiham edir. Bundan əlavə o, keçmiş prezident Mixeil Saakaşvilinin də, həbsxanada üzləşdiyi rəftarın onun qəlbini sındırdığını bildirir. O həmçinin, Rusiyanın Gürcüstanda nüfuzunun artmasını da öz məktubunda qeyd edib.  

Digər xəbərlər