İspaniya mətbuatında yayılan məlumatlara görə, İspaniya ərazisində evləri və müxtəlif tikililəri qarət edən qrup həbs edilib. İspaniya polisinin məlumatına görə qrup Madriddə yerləşib.
Polisin məlumatına görə bu şəbəkə, müxtəlif şəhərlərə gedib və oradakı obyektləri qarət edərək ərazini tərk edən bir neçə nəfərdən ibarət qruplara bölünüb. Şəbəkə üzvlərinə saxta sənədlərlə yanaşı, təhlükəsiz evlər də verilirmiş. İspaniya mediasına görə, şübhə çəkməmək üçün bu evləri adətən gürcü əsilli qadınlar icarəyə götürüb belə qruplara verirmiş. Qrup üzvlərinin Gürcüstan və digər ölkələrə pul göndərdiyi də məlum olub.
Polis Luqo əyalətində həbs edilən üç üzvü müəyyən edib. Evə baxış zamanı oğurlanmış əşyalar, o cümlədən bahalı saatlar, qızıl-zinət əşyaları, mobil telefonlar və nağd pul götürülüb.