Ermənistan prezidenti Vaaqn Xaçatryan bir sıra ölkələrə səfirlərin təyin edilməsi və vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.
Bu fərmana əsasən Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Digər bir fərmanla da, Tiqran Balayan Ermənistanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb və Ermənistanın Belçikadakı səfiri vəzifəsinə təyin edilib.
Misak Balasanyan Ermənistanın İraqdakı səfiri təyin edilib. Aleksandr Arzumanyan Ermənistanın İsveç, Danimarka, Norveç, Finlandiya və İslandiyadakı səfiri vəzifəsindən geri çağırılıb və Ermənistanın Polşaya səfiri təyin edilib. Ermənistanın Polşadakı səfiri Samvel Mkrtçyan tutduğu vəzifədən geri çağırılıb.
Anna Ağacanyan Ermənistanın Belçikadakı səfiri vəzifəsindən geri çağırılaraq Ermənistanın İsveçdəki səfiri, həmçinin Ermənistanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri təyin edilib.