Son zamanlar İrəvanda ev qiymətlərinin artdığı qeyd edilir. İrəvanı qonşu ölkə Gürcüstanın iki böyük şəhərilə müqayisə etdikdə, ortada ciddi fərqin yarandığı görünür. Belə ki, İrəvanda kirayə mənzillər Batumidən 3 dəfə, Tbilisidən isə demək olar ki, 1,5 dəfə bahadır. Qiymətdən əlavə Gürcüstanda mövcud olan mənzillərin xarici görkəmi və məişət texnikasının Ermənistandakından xeyli yaxşı olduğu da bildirilir.
Qeyd etmək lazımdır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra həm Ermənistana, həm də Gürcüstana çoxlu sayda əcnəbilər köçməyə başladı. Bazarda tələb-təklif dinamikasının kəskin dəyişməsi qiymətlərin yüksəlməsi ilə nəticələnib.