Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda dünən Ermənistanın Təhsil və Elm naziri Rusiya səfirini qəbul edib.
Nazir Janna Andreasyan və səfir Sergey Kopirkinidövlətlərarası münasibətlərdə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlik bəyanatına görə Ermənistanda rus dilinin tədrisinin təkmilləşdirilməsi və Rusiyada erməni dilinin tədrisinin səmərəliliyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub. Bu çərçivədə, Ermənistandakı Rus məktəblərinin sayının artırılması məsələsi də müzakirə edilib.
Son dönəmlər, İrəvan və Moskva arasında olan gərginliyin fonunda bu məsələnin müzakirəsi təəcüb doğurur.