Bu axşam Türkiyə-Ermənistan yığmaları qarşılaşacaq
REGİONAL MƏTBUAT
10:18
08.09.2023
Baxılıb: 3518
Bu axşam Türkiyə-Ermənistan yığmaları qarşılaşacaq

Bu gün Türkiyə - Ermənistan oyunu Türkiyənin Əskişəhər stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu oyun iki komanda arasında sayca dördüncü qarşılaşmadır, bundan əvvəlki üç qarşılaşmada Türkiyə komandası qalib gəlib. İki milli komanda arasında rəqabət 2024-cü il Avropa çempionatının seçmə mərhələsi uğrundadır. Bundan əvvəlki oyun İrəvanda Türkiyənin 2:1 hesablı qələbəsi ilə başlayıb .

Türkiyə 4 oyundan 9 xal toplayan qrup lideridir, Ermənistan komandası isə ikincidir. Erməni yığması 3 oyundan 6 xal toplayıb.

Seçmə mərhələnin yarımqruplarında ilk iki yeri tutan komandalar “Avro-24”ə vəsiqə qazana bilər. Türkiyə ilə qarşıdakı görüş də bu səbəbdən Ermənistan yığması üçün həlledici hesab olunur.

Digər xəbərlər