Ermənistanın Baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Ermənistan Baş nazirinin ofisindən verilən məlumata görə Paşinyan Putini ad günü münasibətilə təbrik edib. Daha sonra tərəflər Qarabağ erməniləri və ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər.