Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir
REGİONAL MƏTBUAT
22:25
07.10.2023
Baxılıb: 2947
Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

Tıxacları ilə məşhur olan Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir. Hazırda həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

 

 

Aidiyyəti qurumdan verilən məlumata görə, bu yolda 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.

 

Qeyd etmək lazımdır ki, Bakı-Sumqayıt yolunda sərnişin yükünü azaltmaqdan ötürü bir neçə il əvvəl Bakı-Sumqayıt elektrik qatarı istifadəyə verilmişdi. 

Digər xəbərlər