Həmasın sonuncu hücumundan sonra, İsrail hakimiyyəti 9 oktyabr tarixində 300 min ehtiyatda olan əsgərin orduya çağırıldığını elan edib. Bunun ardınca, ölkə xaricində olan gənc İsrail vətəndaşları, təcili sürətdə ölkəyə qayıdıb.
İsrail hakimiyyəti də öz növbəsində bir neçə istiqamətdə əlavə reyslər açmaqla, bu prosesi sürətləndirir.