Gürcüstanda 2 ay öncə 30 yaşlı şəxs ilə evləndirilmə məqsədilə qaçırılan və daha sonra odlu silahla qətlə yetirilən 14 yaşlı qızın anası və dayısı məsuliyyətə cəlb olunub. Rustavi Şəhər Məhkəməsi 14 yaşlı qızın qəsdən öldürülməsi işi üzrə qətlə yetirilən qızın anası və dayısı barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd etmək lazımdır ki, zorla qaçırılaraq evlənməyə məcbur edilən 14 yaşlı qız bir müddət əvvəl qaçmağa cəhd edib, anası ilə əlaqə saxlayaraq ona kömək etməsini xahiş edib. Lakin, anası və dayısı onu qaçıran adamla yaşamağa məcbur edib.
Gürcüstan Prokurorluğunun məlumatına görə, 14 yaşlı qızın məcburi ərə verilməsinin təşkilatçısı onun anası olub.