Cümə günü Fransanın şimalındakı Arras şəhərində məktəbə hücum olub. Nəticədə əlində bıçaq olan şəxs bir müəllimi öldürüb, digərini isə yaralayıb.
Şəhər rəhbərliyi şübhəli hücumçunun həbs edildiyini bildirilsə də, yerli əhalini Arras şəhər mərkəzinə yaxınlaşmamağı tapşırıb.
Polis mənbəsi bildirib ki, şübhəli şəxs əslən çeçendir və hücumun baş verdiyi Litsey Qambetta liseyinin keçmiş şagirdi olub.