Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Su anbarında batan şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh olduğu bildirilir.