Dəyəri 5 milyon manat olan narkotik dövriyyədən çıxarılıb
16:24
16.10.2023
Baxılıb: 2345
Dəyəri 5 milyon manat olan narkotik dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. 

İdarə əməkdaşları son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı və respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.

Digər xəbərlər