Mehdiabad-Pirşağı yolunda Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü "BMW" markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.
Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.