Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.