AQTA “Şah İnn” də pozuntular aşkarlayıb
REGİONAL MƏTBUAT
12:44
24.10.2023
Baxılıb: 2355
AQTA “Şah İnn” də pozuntular aşkarlayıb

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında fəaliyyət göstərən, “İmpeks-Musa” MMC-yə məxsus “Şah İnn” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Aşkar olunmuş faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Digər xəbərlər