Azərbaycandan olan müharibə jurnalisti Seymur Kazımov 7 oktyabrdan bəri vəziyyətin gərginləşdiyi Fələstin və İsrailə səfər edib. Hadisə yerindən sosial şəbəkələr vasitəsilə mütəmadi məlumat verən Seymur Kazımov bundan əvvəl də, dünyanın qaynar nöqtələrində jurnalist fəaliyyət göstərmişdir.
Seymur Kazımovun yuxarıdakı şəkli Mahmud Abbas hökümətinin nəzarətində olan Cenin qaçqın düşərgəsində çəkilib.