25 oktyabr tarixində gecə saatlarında Bakı şəhərində 3 ayrı yerdə liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4 nəfərə müvafiq köməklik göstərilib.