Tərtərdə əkin işləri aparan şəxs minaya düşüb
REGİONAL MƏTBUAT
10:26
26.10.2023
Baxılıb: 4002
Tərtərdə əkin işləri aparan şəxs minaya düşüb
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
 
 
Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb.
 
 
Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!
Digər xəbərlər