Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.