Qəbələdə narkotacirlər saxlanılıblar
REGİONAL MƏTBUAT
18:52
26.10.2023
Baxılıb: 4086
Qəbələdə narkotacirlər saxlanılıblar

Keçirilən əməliyyat zamanı Qəbələ şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Ülfət Bağırov saxlanılıb.

Saxlanılan şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilərkən sellofan torbalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon sakini, əvvəllər də məhkum olunmuş İlqar Nəsirov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı həmin şəxsdən də qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər