Saatlıda bank kartından 10 min manat oğurlayan şəxs saxlanılıb
REGİONAL MƏTBUAT
15:24
27.10.2023
Baxılıb: 4034
Saatlıda bank kartından 10 min manat oğurlayan şəxs saxlanılıb

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini olan iki nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 9450 manat pulu oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə axtarışda olan Əlisoltanlı kənd sakini K.Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər