Qazaxstanın Karaqanda şəhərindəki Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Mədəni işlədən şirkətdən verilən məlumata görə, 252 mədənçidən 208-i çıxarılıb, 18 nəfərə tibbi yardım göstərilib, 20 şaxtaçı qəzaya uğramış şaxtada qalıb, 28 şaxtaçının isə cəsədi tapılıb.