Noyabr ayına olan hava proqnozu açıqlanıb
REGİONAL MƏTBUAT
10:30
01.11.2023
Baxılıb: 6116
Noyabr ayına olan hava proqnozu açıqlanıb

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. 
Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Bakıda  və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun  9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 28-38 mm).    
                      
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq  temperaturunun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 5-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacağı gözlənilir.  
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  18-28 mm).          
   
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq  temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti, dağlarda gecə 2-6 şaxta, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir.  
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  27-34 mm).   

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq  temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 18-20 isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək  şaxta olacağı gözlənilir.  
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  34-35 mm).   

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun  7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcə isti olacağı gözlənilir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma  15-24 mm).    
                                       
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu  5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2 dərəcəyədək şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma  29-73 mm).            
                               
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 11-16 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə  isti olacağı gözlənilir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-45 mm).     
                                      
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, bəzi günlərdə 4-8 dərəcə isti, gündüzlər  13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).
Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51