Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
31 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Ağdaş, Tovuz rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
İsmayılov Vüsal Mənsim oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Xələfov Həsən Ənvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Əmirov Rauf Sərvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 21 |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
4. |
Vəliyev Nurlan Arazxan oğlu |
Şamaxı şəhər, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Ağdaş rayonu üzrə |
|||
5. |
Ağayev Elxan Cavanşir oğlu |
Qarağan Sədi kəndi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
6. |
Əsgərov Elvin Ələddin oğlu |
İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |