Nepalda Hindistanla sərhəd yaxınlığında güclü zəlzələ baş verib və nəticədə xeyli insan tələfatı olub.Verilən məlumata görə 128 nəfərin öldüyü bildirilir və ucqar dağlıq ərazilərlə əlaqənin kəsilməsi səbəbindən bu rəqəmin artacağı gözlənilir.
Zəlzələnin episentri Nepalın təxminən 9 min nəfər əhalisi olan Jumla şəhərindən 36 km cənub-şərqdə və Hindistanın Bəhreyç şəhərindən 166 km şimal-şərqdə yerləşib. Zəlzələnin dərinliyi 35 km olub. Zəlzələnin yeraltı təkanları Hindistanın paytaxtı Yeni Dehlidə də hiss olunub.