Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək Gürcüstanda 41,1 mindən çox cinayət qeydə alınıb. Bu dövrdə baş vermiş cinayətlərin sayı əvvəlki illə müqayisədə 2,1 faiz azalıb.
Qeyd edək ki, ilin əvvəlindən etibarən bütün cinayət işlərinin 63,09%-ni açılıb. Gürcüstanda orta hesabla ayda təxminən 4,5-5 min cinayət qeydə alınır, cinayətlərin səviyyəsi yay aylarında maksimuma çatır.