Yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhər ərazisində yaşayış massivindən keçən 120-ci kilometr hissəsində baş verib.
64 yaşlı Təbriz Fərəcovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolda hərəkət edən 1986-cı il təvəllüdlü piyada Ramiz Ağayevi vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.