Rusiyada içərisində üç nəfərin olduğu An-2 təyyarəsi yoxa çıxıb. Rusiya mətbuatının məlumatına görə, təyyarədə yeganə sərnişin “Polyarnaya” qızıl çıxarma müəssisəsinin mədən şöbəsinin müdiri olub.
Həmin şəxs pilot və bort mühəndisi ilə birlikdə müəssisəyə 150 kq yük aparırmış.
Təyyarə geri qayıdarkən Petreçenko səkkiz işçi götürməli olub, lakin təyyarə təyin olunmuş vaxta çatmadı.
Bundan sonra müəssisənin nümayəndələri fövqəladə hallar xidməti ilə əlaqə saxlayıb və təyyarənin yoxa çıxması barədə məlumat veriblər.