Hindistanda tikintisi davam edən tuneldə çökmə baş verib. Ölkənin şimalındakı Uttarakhand əyalətində xilasedicilər çökmüş tuneldə köməksiz vəziyyətdə qalan 40 yol işçisinə çatmaq üçün ekskavatorlardan istifadə edirlər.
24 saatdan çoxdur ki, qapalı vəziyyətdə qalan işçilərin təhlükəsiz yerdə olduqları, xilasedicilərin onları su və yeməklə təmin etdiyi bildirilir. Köməksiz vəziyyətdə qalan şəxslərlə ilkin əlaqə bir kağız parçasına yazılan qeyd vasitəsilə aparılıb, daha sonra isə radio telefonları vasitəsilə əlaqə yaradılıb.