Binədə qətl hadisəsi törədilib
REGİONAL MƏTBUAT
10:09
14.11.2023
Baxılıb: 2196
Binədə qətl hadisəsi törədilib

Noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı tanışı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Digər xəbərlər