Borclu olduğu ər-arvadı öldürüb və yandıran şəxsə ittiham oxunub
REGİONAL MƏTBUAT
10:10
14.11.2023
Baxılıb: 4892
Borclu olduğu ər-arvadı öldürüb və yandıran şəxsə ittiham oxunub

Xəbər verildiyi kimi, cari ilin aprel ayının 10-da Xaçmaz rayonu Yalama kənd kənd sakinləri 1963-cü il təvəllüdlü Aslan Tarıverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarıverdiyevanın yaşadıqları evdə qəsdən öldürülmələri faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habelə çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.

 

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla müxtəlif xəsarətlər yetirməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandıraraq onları öldürdükdən sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ramin Ağaxanova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümümi təhlükəli üsulla iki şəxsi öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Digər xəbərlər
SON XƏBƏRLƏR
Ata 5 aylıq körpəsini döyərək öldürüb
14:03
Azərbaycan CIFTIS sərgisində təmsil olunur
14:01
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
13:59
Minlərlə cinayətkar küçələrdədir
13:51
Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ
13:45
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
13:39
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
11:54
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
11:50
Uill Smitin Bakıda konserti baş tutub
11:48
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
11:45
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
11:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45