2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib
REGİONAL MƏTBUAT
17:04
14.11.2023
Baxılıb: 4715
2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

 Növbəti tədris ilində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

 

Bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq. 2024–2025-ci tədris  ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alır.

 

Namizədlər eyni zamanda müvafiq reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər. Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.

 

Məlumat üçün qeyd edək ki, 2023–2024-cü tədris ilində “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub. Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür. Əlavə suallarla bağlı [email protected] ünvanına müraciət etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Bağçada 3 yaşlı uşağa qarşı zorakılıq
12:46
IfW: Bundesver müharibəyə hazır deyil
12:30
Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışı ilə bağlı danışıqların vaxtını uzadıb
11:58
Almaniya diskriminasiya böhranı ilə üz-üzədir
11:55
Merzin Scholza sərt reaksiyası: Alçaqlıq, biabırçılıq
11:48
Aygün Əliyeva: Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi ekoloji addımları qaçılmaz etdi
11:41
"Environmental protection first": Ermənistan bir sıra konvensiyaların tələblərini ciddi şəkildə pozmaqda davam
11:35
Sahibkarlar istehsal prosesində uğurlu nəticələr əldə ediblər
11:31
Azərbaycanın idarə, müəssisə və təşkilatları 6 ayda 610 milyon dollar portfel investisiyası yatırıb
11:28
TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək
11:26
Ermənistan Hindistandan artilleriya qurğularının əlavə partiyasını almaqda maraqlıdır
10:20
Ayxan Hacızadə: Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür
10:17
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
10:16
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri
08:17
Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır
20:26
Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir
20:09
Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışıb
20:06
Azərbaycanın “İrəvanın gizli irsi” filmi nüfuzlu kinofestivalın nominantları siyahısına daxil edilib
20:05
İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib
19:54
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25