13 noyabr tarixində İranın Maku şəhərindən 23 kilometr şimal-şərqdə 4,3 bal gücündə zəlzələ baş verib.
10 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 5-6 bal gücündə olub. Zəlzələ Ermənistanın Ararat və Vayots Dzor bölgələrində 3-4, İrəvanda isə 2-3 bal gücündə hiss olunub.