Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
REGİONAL MƏTBUAT
10:49
15.11.2023
Baxılıb: 5175
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq qurumlarla birlikdə quş qripi xəstəliyinə qarşı növbəti mövsümi epizootoloji monitorinqlərə başlanır.

 

Cari ilin 20-24 noyabr tarixlərində keçiriləcək epizootoloji monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanacaq. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Şabran, Siyəzən, Lənkəran, Cəlilabad, Salyan, Neftçala və Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Astara, Salyan, Neftçala və Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

 

Götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Məlumatlar “Epicollect5” proqramına daxil edilərək təhlil olunacaq. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

 

 

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan Qazaxıstanla nüvə enerjisi üzrə təcrübə əməkdaşlığını müzakirə edib
17:35
"İsrailə casusluqda” təqsirli bilinən dörd iranlı barəsində edam hökmü çıxarılıb
17:33
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
17:31
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb
17:29
Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"
16:59
Tram qalib gəlib
11:24
İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib
11:18
KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək
11:16
Türkiyə XİN başçısı: Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər
11:14
Tramp irəlidədir
11:08
“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib
11:04
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır
11:03
“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”
11:01
İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb
10:58
Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq
10:55
ABŞ Milli Qvardiyası 15 ştatda səfərbər olub
10:52
“Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb”.
10:51
TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər
10:50
Bundesverin 2025-ci ildə modernləşdirilməsi üçün vəsait çatışmır
10:44
ABŞ mediası: Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir
10:41