Tbilisinin ən məşhur prospekti təmir ediləcək
REGİONAL MƏTBUAT
17:11
15.11.2023
Baxılıb: 3651
Tbilisinin ən məşhur prospekti təmir ediləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən böyük prospektlərindən olan Rustavelli prospektinin təmir edilməsi planlaşdırılır. Şəhərin Meri Kaxa Kaladzenin sözlərinə görə, layihənin birinci mərhələsində prospektdəki binaların dam örtükləri, fasadları, kanalizasiya xətləri və bəzi hissələri bərpa olunacaq. Növbəti mərhələdə isə yol infrastrukturunun və yeraltı kommunikasiyaların qaydaya salınması nəzərdə tutulub.

Digər xəbərlər