Eyni yeri bir neçə nəfərə satan MTK direktoru həbs edilib
REGİONAL MƏTBUAT
14:27
16.11.2023
Baxılıb: 4685
Eyni yeri bir neçə nəfərə satan MTK direktoru həbs edilib

“Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

 

Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədə “İstehsalın planlaşdırılması” kənd təsərrüfatında məhsuldarlığı artıracaq
00:45
Trampa seçkidən sonra porno aktrisanın işi üzrə hökm çıxarılacaq
22:02
MKİ və Mİ6 rəhbərləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu qiymətləndiriblər
21:53
FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək
18:55
Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb
18:53
Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur
18:50
Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub
18:49
KİV: Ukrayna ordusu “uçan” Kalaşnikov avtomatlarından istifadəyə başlayıb
17:52
Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub
17:50
Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
17:47
Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
17:45
Milli Müdafiə Universitetinin xüsusi təyinatlı hərbi kolleclərində peşəkar gizir (miçman) heyəti hazırlanacaq
16:26
Azərbaycana xaricdən uçuşların sayı 22 % artıb
16:24
Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub
16:21
MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir
16:18
Perspektiv: Arktikada Rusiya və NATO yeni marşrutlar və resurslar uğrunda rəqabət aparır
16:14
Sinif düşərgəsində uşaqlara siqaret və spirt verdilər
15:48
Alman təyyarəsində bomba xəbərdarlığı: Ərzurumda məcburi eniş
15:39
Saxta polis qocadan pul alarkən tutuldu
15:36
Səhiyyə naziri: Parlament istəsə, Afrikaya peyvənd göndərəcəyik
15:27