Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib
REGİONAL MƏTBUAT
14:28
16.11.2023
Baxılıb: 5678
Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib

Cari ilin 14-15 noyabr tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.

 

Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Müqəddəs Sultanov, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Ceyhun Budaqov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib. Özbəkistan Respublikasının Baş prokurorunun müavini Svetlana Artikova nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini qeyd edərək ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Müqəddəs Sultanov qurumlarımız arasındakı sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirib. Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb. Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin açılmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

 

Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikası Baş Prokurorluğunun muzeyi, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51