Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir
REGİONAL MƏTBUAT
10:29
20.11.2023
Baxılıb: 4220
Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

 

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmalı və 2024-cü il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

 

Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.

 

Əsərlər dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur.

 

Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuraların, bədii əsərlər isə yaradıcı ittifaqların qərarları əsasında Dövlət Mükafatına təqdim edilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.

 

Dövlət Mükafatı bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər.

 

Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.

 

Əlaqə telefonu: 492-22-65. E-mail: [email protected] 

Digər xəbərlər
SON XƏBƏRLƏR
NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir
20:31
Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verib
20:13
İlon Mask üç ilə trilyonçu ola bilər
19:51
Təbriz şəhərində Azərbaycan bayrağının təsviri olan minlərlə stikerlər
18:24
“Hürriyet” qəzeti: Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır
18:18
Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir
18:15
Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
18:12
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
18:06
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək
18:03
Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi olublar
18:02
Melnik Scholz-u Moskva ilə diplomatik əlaqələrə çağırır
18:00
“Neft 40 dollar olanda Putin mübarizə apara bilməyəcək”: Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını bölüş
16:59
Braziliyada X sosial şəbəkəsinin bloklanmasına qarşı etiraz aksiyaları keçirilib
16:49
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu
15:57
Venesuela müxalifətinin prezidentliyə namizədi ölkəni tərk edir
15:19
İordaniya-İordaniya sərhədində terror aktı: 3 nəfər ölüb
15:14
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub
15:08
Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib
15:05
Bu həftə Avstriyada nə baş verdi?
13:54
Türkiyənin ilk gözdən əlil hakimi vəzifəsinə başladı
13:02